Onun yerli vaxtla saat 18:00-də Qüds şəhərində yerləşən "King David" mehmanxanasında mətbuat konfransı keçirəcəyi diqqətə çatdırılıb.
* * *
13:56
Bu barədə İsrailin "Ynet" xəbər saytı rəsmi mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, vitse-prezidentin səfəri bir neçə gün çəkəcək. Bu müddətdə o, Baş nazir Benyamin Netanyahu ilə görüşəcək.
|
| ABC: "Qəzzanın bərpası üzrə mərkəz açılır" |
Xatırladaq ki, oktyabrın 9-da HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp xəbəri şəxsən bölüşüb. Ötən günlərdə isə Qəzzada saxlanılan əsirlərin hamısı azadlığa buraxılıblar. Eyni zamanda, hadisə ilə əlaqədar Misirdə Yaxın Şərq Sülh Sammiti baş tutub. Hazırda atəşkəs üzrə danışıqların ikinci mərhələsinin keçirilməsi gözlənilir.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


